"Paşa Bank" avrobond emissiyasına hazırlaşır

"Paşa Bank" avrobond emissiyasına hazırlaşır Artıq ilin sonuna kimi Bank istiqraz emissiyasını həyata keçirmək niyyətindədir
Maliyyə
17 İyun , 2016 10:32
Paşa Bank avrobond emissiyasına hazırlaşır

Bakı. 17 iyun. REPORT.AZ/ “Paşa Bank” ASC bu ilin sonuna kimi 200 mln. ABŞ dolları həcmində avrobond emissiyası həyata keçirməyi planlaşdırır. “Report”un “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Bankın İnvestisiya bankçılığı Departamentinin rəhbəri İvan Uqlyanitsa deyib.

İ.Uqlyanitsanın sözlərinə görə, bondların tədavül müddəti 3-5 il olacaq: “Biz istəyərdik ki, avrobondların illik gəlirliyi 5%-dək və ya Azərbaycanın suveren avrobondlarından 150 bənd artıq (1,5 faiz bəndi artıq) buraxaq”.

Bank rəsmisi əlavə edib ki, “Paşa Bank”ın xarici valyutada borc almaq niyyəti yoxdur, sadəcə borc bazarının inkişaf etdiyi və gəlirliyin azaldığı bir vaxtda “fürsət pəncərəsi”ndən istifadə etməyə çalışır: “Biz qışda beynəlxaq təşkilatçılarla danışıqlara başladıq. Lakin həmin vaxt bazarda azalma baş verdi və bu səbəbdən onlar bu məsələlərə ehtiyatla yanaşdılar”.  

Son xəbərlər

Orphus sistemi