"PAŞA Bank" 6 yerli banka 70 mln. dollar kredit verib

"PAŞA Bank" 6 yerli banka 70 mln. dollar kredit verib Bank bu il təhlükəsizliyə, informasiya texnologiyalarına investisiyaları artıracaq
Maliyyə
25 Aprel , 2017 11:02
PAŞA Bank 6 yerli banka 70 mln. dollar kredit verib

Bakı. 25. aprel. REPORT.AZ/ "PAŞA Bank" ASC bu il bank təhlükəsizliyinə, informasiya texnologiyalarına investisiyaları artıracaq.

"Report" xəbər verir ki, bu barədə Bankın İdarə Heyətinin üzvü və baş maliyyə inzibatçısı Xəyalə Nağıyeva məlumat verib.

O, həmçinin qeyd edib ki, "PAŞA Bank"ın konsolidasiya edilmiş əsas maliyyə göstəricilərinə əsasən, ötən il Bankın cəmi kapitalı 12,67% artaraq 487,266 mln. manata, cəmi aktivləri 43,49% artaraq 3 289,845 mln. manata, kredit portfeli 23,4% artaraq 1 169,607 mln. manata, xalis mənfəəti isə 4,8 dəfə artaraq 69,288 mln. çatıb. Bankın aktivlərinin gəlirliyi 2,11%, kapitalının gəlirliliyi isə 14,22%-ə yüksəlib.

X.Nağıyevanın sözlərinə görə, "PAŞA Bank"ın kredit portfeli 1,1 mlrd. manat təşkil edib ki, bunun da 988 mln. manatı Bankın Azərbaycandakı fəaliyyətinin payına düşüb. 

"Bu kreditlərin 90%-i biznes kreditləridir. Qalan kreditlər isə xidmət olunan korporativ müştərilərin əməkdaşlarına - fiziki şəxslərə verilib. "PAŞA Bank" 6 yerli kommersiya bankına 70 mln. manat kredit verib. Manat likvidliyi artdığı və bazarda investisiya alətləri  az olduğu üçün həmin vəsaitləri yerli banklarda, həmçinin Azərbaycan Mərkəzi Bankında yerləşdirmişik". 

X. Nağıyeva onu da bildirib ki, 2016-cı ildə "PAŞA Bank" 19 mln. manata yaxın vergi ödəyib: "Ötən il konsolidə edilmiş gəlir vergimiz 18,5 mln. manat təşkil edib ki, bunun da 15 mln. manatı Azərbaycanda fəaliyyətimizin payına düşüb".

Son xəbərlər

Orphus sistemi