Yuxarı
    Bağlamaq

    Parlamentin plenar iclasında DSMF-nin 2017-ci il büdcəsinin müzakirəsinə başlanılıb

    Gələn il pensiya xərclərinin 78 mln. manat artırılması nəzərdə tutulub

    Bakı. 8 dekabr. REPORT.AZ/ Bu gün Milli Məclisin plenar iclasında "Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi"nin layihəsinin müzakirəsinə başlanılıb. "Report"un verdiyi xəbərə görə, layihəni əmək və əhalinin sosial müdafiəsi naziri sədri Səlim Müslümov təqdim edib.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin 2017-ci il üçün gəlir və xərcləri 3 400,0 mln. manat həcmində proqnozlaşdırılır.

    Fondun xərclərinin 37,4%-i və ya 1 270,0 mln. manatı dövlət büdcəsindən birbaşa transfert, 62,6%-i və ya 2 130,0 mln. manatı məcburi dövlət sosial sığorta haqları və sair daxilolmalar hesabına örtüləcək.

    DSMF-dən əmək pensiyalarının ödənilməsinə gələn il 3 213,82 mln. manatın ayrılması nəzərdə tutulub.

    Sənədə əsasən, pensiya xərcləri bu illə müqayisədə 2,5% və yaxud 77,72 mln. manat artacaq.

    Layihədə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət xərcləri 1,5% və yaxud 1,55 mln. manat artırılaraq 104,4 mln. manata, o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə xərclər 2,7% və yaxud 600 min manat artırılaraq 22,6 mln. manata, hamiləliyə və doğuşa görə xərclər 2,2% və yaxud 600 min manat artırılaraq 28,1 mln. manata, uşağın anadan olmasına görə xərclər 7,5% və yaxud 580 min manat azaldılaraq 7,2 mln. manata, 3 yaşına qədər uşaqlara qulluqla əlaqədar xərclər 2,3% və yaxud 300 min manat artırılaraq 13,4 mln. manata, dəfn üçün xərclər 9,9% və yaxud 1,7 mln. manat azaldılaraq 15,5 mln. manata, işsizliyə görə xərclər isə 15,3% və yaxud 2,33 mln. manat artırılaraq 17,6 mln. manata çatdırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi