Yuxarı
    Bağlamaq

    Parlamentdə ötən ilin dövlət büdcəsinin icrası müzakirə olunaraq təsdiq edilib

    Azərbaycanın 2014-cü il icmal büdcəsinin gəlirləri 105%, xərcləri isə 87% icra olunub

    Bakı. 29 may. REPORT.AZ/ Bu gün Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclasında Azərbaycanın 2014-cü il dövlət büdcəsinin icrası müzakirə olunuraq təsdiq edilib. "Report" xəbər verir ki, 2014-cü ilin dövlət büdcəsi 308,4 mln. manat kəsirlə icra olunub, 2015-ci il yanvarın 1-nə dövlət büdcəsinin vahid xəzinə hesabında qalıq 1,7 mlrd. manat təşkil edib.

    Layihədə qeyd edilib ki, 2014-cü il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna dövlət büdcəsinin vahid xəzinə hesabında yaranan bu qalıq 2015-ci il dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə və dövlət borcuna xidmətlə bağlı yarana biləcək xərclərin ödənilməsinə yönəldiləcək.

    Azərbaycanın 2014-cü il dövlət büdcəsinin gəlirləri 100,1% və ya 18,401 mlrd. manat, xərcləri 93,3% və ya 18,709 mlrd. manat səviyyəsində icra olunub. Ötən il müdafiə xərcləri 1,5 mlrd. manat, təhsil xərcləri 1,554 mlrd. manat təşkil edib.

    Maliyyə naziri Samir Şərifov bildirib ki, icmal büdcənin gəlirləri 105%, xərcləri isə 86,7% icra olunub. Beləliklə, icmal büdcənin gəlirləri 23,1 mlrd. manat, xərcləri isə 21,4 mlrd. manat təşkil edib. Onun sözlərinə görə, icmal büdcəsində 2,5 mlrd. manat kəsir proqnozlaşdırılsa da, bunun əksinə olaraq 1,7 mlrd. manat büdcə profisiti yaranıb.

    Nazir həmçinin Dövlət Neft Fondundan proqnozlaşdırılan həcmdə, yəni 9,337 mlrd. manat transfert həyata keçririldiyini bildirib. Onun sözlərinə görə, Fonddan dövlət büdcəsinə transfertlərin həcmi tədricən azaldılır ki, bu da həyata keçirilən iqtisadi siyasətlə bağlıdır. Bunun 2015-ci və daha sonrakı illərdə də davam edəcəyi proqnozlaşdılır.

    S.Şərifov 2014-cü ildə sosial iqtisadi inkişafa nail olunduğunu, ölkənin əsas ixrac məhsullarının qiymətinin kəskin azalmasına baxmayaraq, ölkənin makroiqtisadi dayanıqlığının qorunub saxlanıldığını bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi