​"Parabank" şikayət edən müştərilərə 10 manat verəcək

​"Parabank" şikayət edən müştərilərə 10 manat verəcək "Parabank" müştərilərin şikayətləri ilə əlaqədar "Müştərinin səsi" proqramına başlayıb
Maliyyə
10 Fevral , 2015 12:05
​Parabank şikayət edən müştərilərə 10 manat verəcək

Bakı. 10 fevral. REPORT.AZ/ "Parabank" ASC müştərilərin şikayətləri ilə əlaqədar "Müştərinin səsi" proqramına başlayıb. Bankın Filialların idarə edilməsi və satış Departamentinin müdiri Cəlal Nağıyevin "Report"a verdiyi məlumata görə, şikayətlər bir həftə ərzində araşdırılacaq.

C.Nağıyev bir neçə gündür başlayan kampaniya çərçivəsində artıq iki şikayətin qeydə alındığını və onlardan 1-nin araşdırılaraq qərar qəbul edildiyini deyib: "Filialların fəaliyyəti ilə bağlı şikayətlər Filialların idarə edilməsi və satış Departamentində araşdırılır. Şikayət edən müştəriyə simvolik olaraq 10 manat məbləğində mükafat verilir. Artıq iki şikayət var. Onlardan biri araşdırılır, digəri isə araşdırılıb və qərar qəbul edilib. Müştəri girov qoymaq istədiyi əmlakın bank əməkdaşı tərəfindən girov kimi qəbul olunmaması ilə bağlı şikayət edib. Araşdırmadan sonra məlum olub ki, müştərinin girov qoymaq istədiyi əmlakın likvidliyi o qədər də yüksək deyil. Məhz bu, daxili qaydalarımıza uyğun gəlmdəiyi üçün müştərinin girovu qəbul edilməyib".

Xatırladaq ki, "Parabank" ASC 1991-ci ildən fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi