​"Parabank" nizamnamə kapitalını artırır

​"Parabank" nizamnamə kapitalını artırır Bank 27%-lik əlavə səhm emissiyasına hazırlaşır
Maliyyə
2 İyun , 2016 14:23
​Parabank nizamnamə kapitalını artırır

Bakı. 2 iyun. REPORT.AZ/ "Parabank" ASC-nin səhmdarları bankın nizamnamə kapitalının daha 10 mln. manat artırılması barədə qərar qəbul ediblər.

Bankdan "Report"a verilən məlumata görə, kapital artımı əlavə səhm emissiyası hesabına həyata keçiriləcək. Dövriyyəyə hər birinin nominal dəyəri 200 manat olan 50 min adi səhm buraxılacaq. Səhmlər kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsilə bazara çıxarılacaq. Artıq bununla bağlı hazırlıq işlərinə başlanılıb və yaxın aylarda prosesə start veriləcəyi gözlənilir.

Emissiya baş tutarsa, Bankın nizamnamə kapitalı 25,7% artaraq 38,87 mln. manatdan 48,87 mln. manata çatacaq. Bu ilin ilk rübünün yekununa görə, "Parabank"ın məcmu kapitalı isə 52,87 mln. manat olub.

Son xəbərlər

Orphus sistemi