​"Parabank" nizamnamə kapitalını 39% artırır

​"Parabank" nizamnamə kapitalını 39% artırır Bankın səhmlərinin emissiya prospekti dövlət qeydiyyatına alınıb
Maliyyə
5 İyul , 2016 13:54
​Parabank nizamnamə kapitalını 39% artırır

Bakı. 5 iyul. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası "Parabank" ASC-nin səhmlərinin emissiya prospektini qeydə alıb. Bu barədə "Report"a Bankdan məlumat verilib.

Məlumata görə, kapitalın artırılmasına "Parabank"ın səhmdarlarının bu il martın 7-də keçirilmiş növbədənkənar ümumi yığıncağında qərar verilib. Qərara əsasən, Bank hər birinin nominal qiyməti 200 manat olan əlavə 75 000 səhm buraxacaq (ümumilikdə - 15 mln. manat).

Yeni səhm emissiyasının yerləşdirilməsi uğurla həyata keçirilərsə, "Parabank"ın nizamnamə kapitalı 38,6% artaraq hazırkı 38,887 mln. manatdan 53,887 mln. manata yüksələcək.

Son xəbərlər

Orphus sistemi