Bakı. 3 fevral. REPORT.AZ/ Martın 7-də saat 11:00-da “Parabank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. Bu barədə "Report"a Bankdan məlumat verilib.
Yığıncağın gündəliyinə 5 əsas məsələ daxil edilib. Bu, bankların birləşməsi, nizamnaməyə dəyişikliklərin edilməsi, “Parabank”ın Müşahidə Şurası, İdarə Heyəti və Audit Komitəsinin yeni tərkibinin seçilməsidir.
Qeyd edək ki, AMB-dən "Report"a verilən məlumata görə, "NBC Bank", "Parabank" və "Kredobank" ASC konsolidasiya ilə bağlı niyyət protokolunu imzalayıb və konsolidasiyanın bu ilin aprelində həyata keçirilməsi planlaşdırılır.