"Parabank"ın aktivləri 37% artıb

"Parabank"ın aktivləri 37% artıb Son bir ildə bankdakı əmanətlərin həcmi 46% artaraq 50 mln. manat həddinə yaxınlaşıb
Maliyyə
3 Noyabr , 2015 14:29
Parabankın aktivləri 37% artıb

Bakı. 3 noyabr. REPORT.AZ/ "Parabank" ASC-nin aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə 37,15% artaraq 2015-ci il oktyabrın 1-nə 174,4 mln. manat təşkil edib. "Report"un banka istinadən verdiyi xəbərə görə, kredit portfeli illik müqayisədə 23,6% artaraq oktyabrın 1-nə 121,3 mln. manata çatıb. Kreditlərin 45,4%-i və ya 54,995 mln. manatı xarici valyutada verilib. Ötən ilin eyni dövrü ilə müqayisədə xarici valyutada verilən kreditlərin həcmi 2,5 dəfə artıb. İstehlak kreditləşməsi də hesabat dövründə 24,5% artaraq 39,0 mln. manata yüksəlib.

Hesabata əsasən, vaxtı keçmiş kreditlərin həcmi illik 75,4% artaraq oktyabrın 1-nə 22,4 mln. manat olub. Beləliklə, ödəniş vaxtı keçmiş kreditlərin cəmi kredit portfelində xüsusi çəkisi 18,5% olub.

Bankın depozit portfeli illik 13,1% artaraq 78,2 mln. manata çatıb. Bunun da 64,8%-i və ya 50,7 mln. manatı xarici valyutada yerləşdirilib. Xarici valyutada yerləşdirilən depozitlərin həcmində illik müqayisədə 85,7% artım müşahidə olunub.

Əhalinin əmanətləri son bir ildə 11,9% artaraq 75,4 mln. manata yüksəlib. Bu müddətdə xarici valyutada yerləşdirilən əmanətlərin həcmi 46,1% artaraq 49,6 mln. manat təşkil edib.

Qeyd edək ki, cari il oktyabrın 1-nə "Parabank"ın nizamnamə kapitalı 38,9 mln. manat, məcmu kapitalı 53,4 mln. manat olub.

Son xəbərlər

Orphus sistemi