"Parabank"dan "Nikoil Bank"a daha bir transfer olub

"Parabank"dan "Nikoil Bank"a daha bir transfer olub "Nikoil Bank"ın hüquq şöbəsinə yeni müdir təyin edilib
Maliyyə
22 Avqust , 2016 09:30
Parabankdan Nikoil Banka daha bir transfer olub

Bakı. 22 avqust. REPORT.AZ/ "Nikoil Bank" ASC-nin hüquq şöbəsinə yeni müdir təyin edilib. "Report"un əldə etdiyi məlumata görə, bu vəzifəyə Elşən Kərimov gətirilib.

E.Kərimov indiyə qədər hazırda ləğvetmə prosesində olan "Parabank" ASC-nin hüquq şöbəsinin müdiri, ondan əvvəl isə Azərbaycan Mərkəzi Bankının ləğv edilmiş Kredit təşkilatlarının fəaliyyətinə nəzarət Departamentinin istehlakçıların hüquqlarının qorunması şöbəsinin müdiri olub.

Bir qədər əvvəl "Parabank"ın baş icraçı direktoru Cəlal Nağıyev də "Nikoil Bank"da təyinat alıb. O, hazırda Bankın Problemli aktivlərin idarə edilməsi Departamentinin direktoru vəzifəsini tutur.

Xatırladaq ki, "Nikoil Bank" ASC 1994-cü ildən fəaliyyət göstərən "Ülpər" kommersiya bankının bazasında, 2002-ci ildə yaradılıb. Bankın təsisçiləri "Topaz İnvestments" QSC (56,4%), "Nikoil" QSC (42,6%) və "ISR Holding" MMC-dir (1%).

Son xəbərlər

Orphus sistemi