“Para” BOKT-un rəhbərliyi yenidən formalaşdırılacaq

“Para” BOKT-un rəhbərliyi yenidən formalaşdırılacaq İyunun 10-da, saat 11:00-da “Para” ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarlarının ümumi ümumi yığıncağı keçiriləcək.
Maliyyə
24 Aprel , 2019 16:01
“Para” BOKT-un rəhbərliyi yenidən formalaşdırılacaq

İyunun 10-da, saat 11:00-da “Para” ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarlarının ümumi ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq BOKT-un baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 60 ünvanında olacaq.

Yığıncağın gündəliyinə kredit təşkilatının “Para”nın ötənilki fəaliyyəti ilə maliyyə hesabatının, İdarə Heyətinin yeni tərkibinin və yeni təşkilati-strukturunun təsdiq edilməsi məsələləri daxildir. 

Xatırladaq ki, "Para" BOKT 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 38,887 milyon manatdır. Maliyyə qurumun səhmlərinin 18,8%-i Eldar Quliyevə, 16,08%-i Alevtina Quliyevaya, 12,67%-i Tamilli Hacıyevaya, 12,1%-i Vəli Quliyevə (İdarə Heyətinin sədri), 11,39%-i Elnur Quliyevə, 28,96%-i digər fiziki və hüquqi şəxslərə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi