Yuxarı
    Bağlamaq

    Palatanın direktor müavini: "Özəl kredit bürosu daha çox əhalini əhatə edəcək"

    Maliyyə qurumları isə risklərini daha yaxşı qiymətləndirə biləcəklər© Report.az

    Bakı. 19 aprel. REPORT.AZ/ Azərbaycanda kredit bürosunun yaradılması maliyyə sabitliyinin təmin edilməsi, öhdəliklərin icrası ilə bağlı uzunmüddətli məlumat bazasının formalaşdırılması baxımından çox vacibdir.

    “Report”un məlumatına görə, bunu Bakıda keçirilən Azərbaycanın ilk özəl kredit bürosunun təsis edilməsinə həsr olunmuş tədbirdə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) baş icraçı direktorunun müavini Asim Zülfüqarov deyib.

    Onun sözlərinə görə, hazırda Azərbaycanda yetkin əhalinin 36%-i kredit məlumatlarına malikdir: “Özəl kredit bürosu isə daha çox əhalini əhatə edəcək. Maliyyə qurumları isə risklərini daha yaxşı qiymətləndirəcək”. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi