Palata: Xarici kreditlər üzrə ödənişlər müqavilə şərtlərinə uyğunlaşdırılmalıdır

Palata: Xarici kreditlər üzrə ödənişlər müqavilə şərtlərinə uyğunlaşdırılmalıdır Xarici kreditlər üzrə Azərbaycan tərəfinin iştirak payın 170 mln. manat məbləğində artırılır
Maliyyə
3 İyul , 2017 15:36
Palata: Xarici kreditlər üzrə ödənişlər müqavilə şərtlərinə uyğunlaşdırılmalıdır
Hesablama Palatası / Report

Bakı. 3 iyul. REPORT.AZ/ Hesablama Palatası həyata keçirdiyi nəzarət tədbirləri və təhlillərə əsaslanaraq xarici kreditlər üzrə Azərbaycan tərəfinin iştirak payının maliyyələşdirilməsi ilə bağlı ödənişlərin müqavilə şərtlərinə uyğunlaşdırılmasını məqsədə müvafiq hesab edir.

“Report” bu barədə 2017-ci il dövlət büdcəsi haqqında qanunda dəyişikliklər edilməsi barədə layihəyə Palatanın rəyinə istinadən xəbər verir.

Qanun layihəsində nəzərdə tutulmuş dəyişikliklərin bir istiqaməti xarici kreditlər üzrə Azərbaycan tərəfinin iştirak payı ilə bağlıdır. Hesablama Palatasının qanun layihəsi ilə bağlı təqdim etdiyi rəyə əsasən, 2017-ci ilin dövlət büdcəsinin ilkin təsdiq edilmiş xərclərində 5 layihə üzrə təsdiq edilmiş 144,1 mln. manat məbləğində vəsaitin məbləği 167,0 mln. manat artırılıb, ilkin nəzərdə tutulmamış 1 layihə üzrə 3,0 mln. manat məbləğində vəsaitin ayrılması təklif edilib. Beləliklə, xarici kreditlər üzrə Azərbaycan tərəfinin iştirak payının cəmi 170,0 mln. manat məbləğində artırılması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi