Yuxarı

"Bank Standard"da fiziki şəxslərin 603 mln. manat əmanəti olub

Bunun 460 mln. manatını kompensasiya olunan əmanətlər təşkil edir

Bakı. 4 oktyabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən lisenziyası ləğv edilmiş “Bank Standard” QSC-də fiziki şəxslərin ümumi əmanətlərinin məbləği 603 mln. manatdır.

Bu barədə “Report”a Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan bildirilib.

Məlumata görə, bunun 568 mln. manatını qorunan əmanətlər, o cümlədən, 460 mln. manatını kompensasiya olunan əmanətlər təşkil edir. Qorunan əmanətçilərin sayı 138 min nəfərdir. Bunlardan 50 mininin əmanəti 1 manatdan çoxdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi