Pakistan Milli Bankının Bakı filialının rəhbəri dəyişir

Pakistan Milli Bankının Bakı filialının rəhbəri dəyişir Bu vəzifəyə namizəd Axtar Munirdir
Maliyyə
4 Sentyabr , 2015 13:24
Pakistan Milli Bankının Bakı filialının rəhbəri dəyişir

Bakı. 4 sentybar. REPORT.AZ/ Pakistan Milli Bankının Bakı filialı rəhbər dəyişikliyinə hazırlaşır. Cari il oktyabrın 1-dək yeni namizədin attestasiya sənədləri qanunvericiliyə uyğun olaraq Azərbaycan Mərkəzi Bankına (AMB) təqdim olunacaq. "Report"un verdiyi xəbərə görə, AMB-nin attestasiyasından uğurla keçdiyi təqdirdə yeni rəhbər Axtar Munir təyin olunacaq. O, bu vəzifədə Asim Naziri əvəz edəcək.

Bankdan bildirilib ki, A.Munir bu sahədə 10 ildən artıq təcrübəyə malikdir. Bundan əvvəl isə A.Munir Pakistanın Pişəvər bölgəsində kredit üzrə baş menecer vəzifəsində işləyib. Baş menecerlər adətən 3-4 il, maksimum 5 ilədək müddətə seçilir. Bu, bankın baş ofisinin qərarından asılıdır.

Son xəbərlər

Orphus sistemi