Pakistan Milli Bankının Bakı filialı ötən ili zərərlə başa vurub

Pakistan Milli Bankının Bakı filialı ötən ili zərərlə başa vurub Bakı. 20 yanvar. REPORT.AZ/ Pakistan Milli Bankının Bakı filialının cəmi aktivləri bu il yanvarın 1-nə 11,681 mln. manat təşkil edib.
Maliyyə
20 Yanvar , 2018 13:55
Pakistan Milli Bankının Bakı filialı ötən ili zərərlə başa vurub

Bakı. 20 yanvar. REPORT.AZ/ Pakistan Milli Bankının Bakı filialının cəmi aktivləri bu il yanvarın 1-nə 11,681 mln. manat təşkil edib.

“Report” filialın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 3,7% çoxdur.

Pakistan bankının aktivlərinin 1,243 mln. manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2017-ci ildə Bakı filialının kredit portfeli 10,8% kiçilib.

Hesabat dövründə Pakistan bankının cəmi öhdəlikləri 55,2% artaraq 1,468 mln. manata, o cümlədən depozit portfeli 77,5% artaraq 1,184 mln. manata çatıb. Bunun 177 min manatı fiziki şəxslərin, 1,007 mln. manatı isə hüquqi şəxslərin depozitləridir. Ötən il əhalinin əmanətləri 46,4% azalıb, şirkətlərin vəsaitləri isə 3 dəfə artıb.

İl ərzində Bakı filialının cəmi kapitalı isə 1% azalaraq 10,213 mln. manata düşüb.

2017-ci ildə Pakistan bankının faiz gəlirləri 829 min manat (49,9% çox), faiz xərcləri 2 min manat (69,1% çox), qeyri-faiz zərəri 6 min manat, qeyri-faz xərcləri isə 935 min manat (21,9% çox) təşkil edib. Son nəticədə Bakı filialının xalis əməliyyat zərəri 114 min manat olub ki, bu da illik müqayisədə 27,85% azdır.

Ötən il Pakistan bankı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması xərclərinə əvvəlki illə müqayisədə 95,5% az – 9 min manat qənaət edib və ili 105 min manat xalis zərərlə başa vurub. Halbuki, Bakı filialı 2016-cı ildən 15 min manat xalis mənfəətlə çıxmışdı.

Xatırladaq ki, Pakistan Milli Bankı Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir. Bakı filialının nizamnamə kapitalı 9,42 mln. manatdır.

Son xəbərlər

Orphus sistemi