Pakistan Milli Bankının Bakı filialı mənfəətlə işləməyə davam edir

Pakistan Milli Bankının Bakı filialı mənfəətlə işləməyə davam edir Bakı. 18 iyul. REPORT.AZ/ Pakistan Milli Bankının Bakı filialının cəmi aktivləri illik müqayisədə 4,6% azalaraq bu il iyulun 1-nə 10,717 mln. manat təşkil edib.
Maliyyə
18 İyul , 2018 10:47
Pakistan Milli Bankının Bakı filialı mənfəətlə işləməyə davam edir

Bakı. 18 iyul. REPORT.AZ/ Pakistan Milli Bankının Bakı filialının cəmi aktivləri illik müqayisədə 4,6% azalaraq bu il iyulun 1-nə 10,717 mln. manat təşkil edib.

“Report” bu barədə filialın maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat dövründə Pakistan bankının kredit portfeli 16,8% artaraq 1,2 mln. manata çatıb.

Son 1 ildə Bakı filialının cəmi öhdəlikləri 51,2% azalaraq 475 min manata, o cümlədən depozit portfeli 29,7% azalaraq 462 min manata, cəmi kapitalı isə 0,2% azalaraq 10,243 mln. manata düşüb.

Pakistan bankı bu ilin I yarısında 31 min manat mənfəət əldə edib. Xatırladaq ki, Bakı filialı I rübü 13 min manat mənfəətlə başa vurmuşdu. 

Son xəbərlər

Orphus sistemi