​Pakistan Milli Bankının Bakı filialı ilk yarımilliyi mənfəətlə başa vurub

​Pakistan Milli Bankının Bakı filialı ilk yarımilliyi mənfəətlə başa vurub Bankın kredit portfeli bu il 4% azalıb
Maliyyə
9 Avqust , 2016 16:04
​Pakistan Milli Bankının Bakı filialı ilk yarımilliyi mənfəətlə başa vurub

Bakı. 9 avqust. REPORT.AZ/ Pakistan Milli Bankının Bakı filialının cəmi aktivləri 2016-cı il iyulun 1-nə 11,275 mln. manat təşkil edib. "Report" filialın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2015-ci ilin sonu ilə müqayisədə 2,65% çoxdur.

Pakistan bankının aktivlərinin 18,8%-ni və yaxud 2,117 mln. manatını müştərilərə verilən kreditlər təşkil edib. Bu, ilin əvvəlinə nisbətən 3,9% azdır. Kredit portfelinin 60,4%-ni və yaxud 1,279 mln. manatını vaxtı keçmiş kreditlər təşkil edib.

Hesabat dövründə filialın cəmi öhdəlikləri 32,3% artaraq 852 min manat, cəmi kapitalı isə 0,8% artaraq 10,422 mln. manat olub.

Filialın öhdəliklərinin 67,8%-ni depozit portfeli təşkil edib. Bu da ötən ilin sonu ilə müqayisədə 59,2% çoxdur. Depozit portfeli fiziki və hüquqi şəxslərin tələbli depozitlərindən ibarətdir. Başqa sözlə, Pakistan bankında heç kim əmanət (müdətli depozit) yerləşdirməyib. Kredit təşkilatının Azərbaycan Mərkəzi Bankı qarşısında da öhdəliyi yoxdur.

Bu ilin ilk yarısında filialın faiz gəlirləri 266 min manat, faiz xərcləri 380 manat, qeyri-faiz gəlirləri 14 min manat, qeyri-faiz xərcləri isə 378 mim manat təşkil edib. Son nəticədə Bankın xalis əməliyyat zərəri 98 min manat olub.

Bununla belə, filial aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün ehtiyatların yaradılmasına çəkdiyi xərclərə 199 min manat qənaət edib. Bununla da, Pakistan bankı 2016-cı ilin ilk yarısını 101 min manat xalis mənfəətlə başa vurub.

Xatırladaq ki, Pakistan Milli Bankının Bakı filialı 2005-ci ildən fəaliyyət göstərir. 

Son xəbərlər

Orphus sistemi