Pakistan Milli Bankının Bakı filialı bu ilin I rübünü zərərlə başa vurub

Pakistan Milli Bankının Bakı filialı bu ilin I rübünü zərərlə başa vurub Pakistan Milli Bankının Bakı filialının cəmi aktivləri bu il aprelin 1-nə 10,589 milyon manat təşkil edib.
Maliyyə
19 Aprel , 2019 11:09
Pakistan Milli Bankının Bakı filialı bu ilin I rübünü zərərlə başa vurub

Pakistan Milli Bankının Bakı filialının cəmi aktivləri bu il aprelin 1-nə 10,589 milyon manat təşkil edib.

“Report” filialın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il aprelin 1-i ilə müqayisədə 4,7% azdır.

Pakistan bankının aktivlərinin 849 min manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə Bakı filialının kredit portfeli 35,4% kiçilib.

Hesabat dövründə Pakistan Bankının cəmi öhdəlikləri 36,3% azalaraq 566 min manata, o cümlədən depozit portfeli 8,4% azalaraq 559 min manata, cəmi kapitalı isə 2% azalaraq 10,023 milyon manata düşüb.

Bu ilin I rübündə Bakı filialının faiz gəlirləri 101 min manat (ötən ilin eyni dövrünə nisbətən 52,4% az), faiz xərcləri 0 manat (100% az), qeyri-faiz zərəri 6 min manat (1 il bundan əvvəl gəlir olub), qeyri-faiz xərcləri 213 min manat (3,9% çox) təşkil edib. Son nəticədə Pakistan bankının əməliyyat zərəri 119 min manat olub.

Bakı filialı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması xərclərin 2 min manat (60% az) qənaət edib. Bununla da, Pakistan bankı bu ilin I rübünü 117 min manat zərərlə başa vurub. Halbuki maliyyə qurumu ötən ilin eyni dövründən 13 min manat mənfəətlə çıxmışdı.

Xatırladaq ki, Pakistan Milli Bankı Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir. Bakı filialının nizamnamə kapitalı 9,42 mln. manatdır.

Son xəbərlər

Orphus sistemi