Pakistan Milli Bankının Bakı filialı 2018-ci ilə mənfəətlə başlayıb

Pakistan Milli Bankının Bakı filialı 2018-ci ilə mənfəətlə başlayıb Bakı. 16 aprel. REPORT.AZ/ Pakistan Milli Bankının Bakı filialının aktivləri illik müqayisədə 0,3% azalaraq bu il aprelin 1-nə 11 111,9 min manat təşkil edib.
Maliyyə
16 Aprel , 2018 17:23
Pakistan Milli Bankının Bakı filialı 2018-ci ilə mənfəətlə başlayıb

Bakı. 16 aprel. REPORT.AZ/ Pakistan Milli Bankının Bakı filialının aktivləri illik müqayisədə 0,3% azalaraq bu il aprelin 1-nə 11 111,9 min manat təşkil edib.

“Report” bu barədə filialın rüblük maliyyə hesabatına istinadən xəbər verir.

Martın sonuna Pakistan bankının kredit portfeli (kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat çıxılmaqla) 1 313,7 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,6% azdır.

Hesabat dövründə Bakı filialının cəmi öhədlikləri 2,3% artaraq 888,1 min manata, o cümlədən depozit portfeli (banklar və digər maliyyə institutları istisna olmaqla) 2,8% artaraq 609,9 min manata yüksəlib. Hesabat tarixinə Pakistan bankının nizamnamə kapitalı 9 420 min manat, cəmi kapitalı 10 223,9 min manat təşkil edib.

Yanvar-mart ayları ərzində Bakı filialı13,01 min manat mənfəət əldə edib. Birinci rübdə maliyyə qurumun faiz gəlirləri 211,6 min manat, faiz xərcləri 1,9 min manat, qeyri-faiz gəlirləri 3,29 min manat, qeyri-faiz xərcləri 204,68 min manat təşkil edib.

Xatırladaq ki, ötən ilin müvafiq dövründə bank 37,2 min manat zərər etmişdi. 

Aprelin 1-nə Bankın kredit portfelinin 1 217 min manatının və yaxud 71,4%-nin vaxtı keçib.

Son xəbərlər

Orphus sistemi