​"Pakistan Milli Bankı"nın Azərbaycandakı zərəri artıb

​"Pakistan Milli Bankı"nın Azərbaycandakı zərəri artıb Bankın faiz əməliyyatlarından mənfəəti bu il 2,4 dəfə artıb
Maliyyə
16 Noyabr , 2015 14:15
​Pakistan Milli Bankının Azərbaycandakı zərəri artıb

Bakı. 16 noyabr. REPORT.AZ/ "Pakistan Milli Bankı"nın Bakı filialı cari ilin yanvar-sentyabr aylarını zərərlə başa vurub. Bankın zərəri birinci rübün yekunu ilə müqayisədə 2,2 dəfə artaraq 239,3 min manatdan 533,4 min manata yüksəlib.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, hesabat dövründə faiz gəlirləri 2,4 dəfə artaraq 297,5 min manata, faiz xərcləri 3,1 dəfə artraq 0,56 min manata çatıb. Beləliklə, bankın faiz mənfəəti 2,4 dəfə artaraq 297 min manat olub.

Hesabat dövründə qeyri-faiz gəlirləri 58,7% artaraq 42,9 min manat, qeyri-faiz xərcləri 3,4 dəfə artaraq 495,8 min manat təşkil edib. Beləliklə, bankın qeyri-faiz zərəri 3,8 dəfə artaraq 453 min manat olub.

Son xəbərlər

Orphus sistemi