Yuxarı
    Bağlamaq

    ​PAŞA Bank və British Council jurnalistlər üçün növbəti təlim proqramı elan ediblər

    Təlimlər “Thomson Foundation” təşkilatının dəstəyi ilə reallaşdırılan layihə çərçivəsində  keçiriləcək

    Bakı. 1 sentyabr. REPORT.AZ/ PAŞA Bank və British Council iqtisadiyyat və biznesdən yazan jurnalistlər üçün növbəti təlim proqramı elan ediblər.

    PAŞA Bank-ın mətbuat xidmətindən“Report” a verilən məlumata görə Böyük Britaniyanın “Thomson Foundation” təşkilatının dəstəyi ilə reallaşdırılan layihə çərçivəsində təlimlər keçiriləcək. Təşkilatçılar təlimlərin məqsədinin milli mətbuata (TV, çap və e-mətbuat) peşəkar bilik və səriştənin artırılmasında kömək etmək olduğunu açıqlayıblar.

    Cari ilin noyabr ayından başlayaraq keçiriləcək təlimlərdə iştirak etmək üçün 10 iştirakçı seçiləcək və təlimlər zamanı ən fəal və tam davamiyyəti olan iştirakçılar Böyük Britaniyada “Thomson Foundation” təşkilatı tərəfindən təşkil edilmiş təlim proqramında iştirak edəcəklər. Layihə çərçivəsində iştirakçılara biznes-jurnalistika təlimi ilə yanaşı ayrılıqda ingilis dili kursları da keçiriləcəyini deyən təşkilatçılar müraciət üçün son tarixin sentyabrın 27-si olduğunu qeyd edirlər.

    Xatırladaq ki, PAŞA Bank 2007-ci ildə təsis edilmiş korporativ bankdır. Baş ofis və 9 filial ilə təmsil olunan PAŞA Bankda 268 əməkdaş çalışır. “Europe Banking Awards” 2011, 2012, 2013 çərçivəsində Bank “Azərbaycanın ən yaxşı İnvestisiya Bankı” elan olunmuşdur, 2013-cü ildə isə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" adına layiq görülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi