Bu gün Maliyyə naziri
Bu barədə “Report”a Maliyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Görüşdə Azərbaycanla Özbəkistan arasında mövcud olan yüksəksəviyyəli siyasi əlaqələrin önəmi qeyd edilərək iki ölkə arasında investisiya, ticarət və iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi və inkişafı üçün böyük potensialın olduğu vurğulanıb.
S.Şərifov ölkəmizin makroiqtisadi vəziyyəti, Prezident
İki ölkə arasında əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşən S.Umurzakov Azərbaycanla ümumi ticarət dövriyyəsinin daha da artırılması, ticarət, sənaye, kənd təsərrüfatı maşınqayırması, xidmət və digər sahələrdə əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb. O, Özbəkistan nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində aparılan müzakirələrin yekunu olaraq hazırlanan bir sıra sazişlərin imzalanmasının iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində əhəmiyyətli olacağını qeyd edib.
Görüş zamanı həmçinin makroiqtisadi və makrofiskal, maliyyə və büdcə idarəetməsi, qarşılıqlı təcrübə mübadilələri və digər istiqamətlər üzrə də əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.