Özbəkistanda uçot dərəcəsi sabit saxlanılıb

Özbəkistanda uçot dərəcəsi sabit saxlanılıb Özbəkistan Mərkəzi Bankının (ÖMB) İdarə Heyəti uçot dərəcəsinin 16% səviyyəsində saxlanılmasına qərar verib.
Maliyyə
22 Aprel , 2019 11:02
Özbəkistanda uçot dərəcəsi sabit saxlanılıb

Özbəkistan Mərkəzi Bankının (ÖMB) İdarə Heyəti uçot dərəcəsinin 16% səviyyəsində saxlanılmasına qərar verib.

“Report” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Tənzimləyici qurum qərarını pul-kredit siyasətini dəyişmək istəməməsi ilə izah edib. Xatırladaq ki, Özbəkistanda uçot dərəcəsi ötən il sentyabrın 22-də 14%-dən 16%-a qaldırılıb. Əvvəlki uçot dərəcəsi 2017-ci ilin iyun ayından qüvvədə olub.

ÖMB bu ilin yekununda ölkədə qiymət artımının 13,5-15,5% civarında dəyişəcəyini proqnozlaşdırır. Bu rəqəm ötən ilin yekununda 17,5% təşkil edib.

Bir qədər əvvəl Beynəlxalq Valyuta Fondu bəyan edib ki, 2019-cu ildə Özbəskitanda inflyasiya sürətlənə bilər. Maliyyə qurumunun ekspertləri fikrini ölkədə enerji daşıyıcılarının, sosial sahədə əmək haqlarının və vergilərin artırılması ilə izah edib. 

Son xəbərlər

Orphus sistemi