Özbəkistanda dövriyyəyə 50 minlik əskinaslar buraxılır

Özbəkistanda dövriyyəyə 50 minlik əskinaslar buraxılır Bu ilin mart ayında 10 minlik som dövriyyəyə buraxılıb
Maliyyə
14 Avqust , 2017 18:27
Özbəkistanda dövriyyəyə 50 minlik əskinaslar buraxılır

Bakı. 14 avqust. REPORT.AZ/ Özbəkistan Mərkəzi Bankı avqustun 22-dən etibarən dövriyyəyə 50 minlik som dəyərində yeni əskinaslar buraxacaq.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, əskinasın üz hissəsində 4 mm-lik 3D effektli qoruyucu zolaq yerləşir. Üz hissəsində mərkəzdə “Müstəqillik” meydanında yerləşən “Ezqulik” və leyləklərin uçuşu əks olunub, aşağı hissədə rəngini dəyişə bilən 50 000 min som sözü yazılıb. Əskinasın mərkəzində “Anjumanlar saroyi” (Forumlar sarayı) binası təsvir olunub. 

Hazırda 50 min som təxminən 6,4 ABŞ dollarına bərabərdir.

Qeyd edək ki, bu ilin mart ayında 10 minlik som dövriyyəyə buraxılıb.

Son xəbərlər

Orphus sistemi