Ötən ilə nisbətən nağdsız ödənişlərdə istifadə edilən kredit kartlarının sayında 1 milyona yaxın azalma müşahidə edilib

Ötən ilə nisbətən nağdsız ödənişlərdə istifadə edilən kredit kartlarının sayında 1 milyona yaxın azalma müşahidə edilib Yeni stimullaşdırıcı tədbirlərlə bağlı müraciət 3 əvvəl edilsə də, hələlik yenilik yoxdur
Maliyyə
25 May , 2016 21:22
Ötən ilə nisbətən nağdsız ödənişlərdə istifadə edilən kredit kartlarının sayında 1 milyona yaxın azalma müşahidə edilib

Bakı. 25 may. REPORT.AZ/ Ötən ilə nisbətən nağdsız ödənişlərdə istifadə edilən kredit kartlarının sayında 1 milyona yaxın azalma müşahidə edilib. 

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Sahib Ələkbərovun sözlərinə görə, azalmanın bir neçə səbəbi var: "Ötən il kredit kartlarının sayı 6,4 milyon ədəd idi, indi isə bu 5,4 - 5,5 milyona düşüb. Bütövlükdə bizim büdcə daxilolmaları ilə bağlı ən ağrılı məsələmiz nağdsız ödənişlərin səviyyəsinin aşağı olmasıdır".

Nazir müavini deyib ki, yeni stimullaşdırıcı tədbirlərlə bağlı müraciət 3 əvvəl edilsə də hələlik yenilik yoxdur: "Hazırda müzakirələr gedir".

Son xəbərlər

Orphus sistemi