Yuxarı
    Bağlamaq

    Ötən ildə dünya ticarətinin artım tempi son 8 ilin minimal səviyyəsində olub

    Dünya ticarəti son 5 ildə durmadan yavaşlayıb

    Bakı. 22 fevral. REPORT.AZ/ Qlobal ticarətin artım tempi 2016-cı ildə yavaşlayaraq son 8 ilin minimal səviyyəsinə enib. 

    "Report" xəbər verir ki, Dünya Bankının hesabatına görə, yavaşlama ardıcıl 5 ildir davam edir. İlkin qiymətləndirməyə görə, 2016-ci ildə qlobal ticarətin həcmi 1%-i bir qədər üstələyib. Qeyd edək ki, 2015-ci ildə bu göstərici 2%, 2014-cü ildə 2,7% olub.

    Bankın hesabatında qlobal ticarətin yavaşlamasına səbəb kimi iqtisadi perspektivlərin artan qeyri-müəyyənliyi göstərilib. Dünya Bankının iqtisadçıları Kristina Konstantineskunun, Aaditya Mattunun və Mişel Rutayın fikrincə, Avropada və ABŞ-da siyasi qeyri-sabitlik dünya iqtisadiyyatına mənfi təsir göstərib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi