Yuxarı
    Bağlamaq

    ​Ötən il Vergilər Nazirliyi tərəfindən 857 saxta aksiz aşkar edilib

    Faktlar üzrə qanunamüvafiq tədbirlər görülüb

    Bakı. 16 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycan Vergilər Nazirliyində spirtli içkilər və tütün məmulatları istehsal edən vergi ödəyiciləri ilə görüş keçirilib. Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

    Məlumata görə, görüşdə “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 30 dekabr 2014-cü il tarixli 1167-IVQD nömrəli Qanununda Azərbaycan Respublikasında istehsal olunan içməli spirtə, pivəyə, spirtli içkilərə və tütün məmulatlarına tətbiq edilən aksizin dərəcələrinin dəyişdirilməsi məsələsi müzakirə olunub.

    Görüşdə vergilər nazirinin Audit və operativ nəzarət sahələri üzrə müşaviri İlqar Əhmədov çıxış edərək, spirtli içkilər və tütün məmulatlarının satışı zamanı vergidən yayınma hallarına yol verilməməsi, bu məhsulların istehsalı ilə məşğul olan müəssisələrdə kvota üzrə müəyyən edilmiş istehsal həcminin ciddi nəzarətdə saxlanılması və təqdim edilmiş hesabatlarda istehsal həcminin real əks etdirilməsinin zəruriliyi qeyd edilib.

    Bildirilib ki, aksiz vergisi üzrə real istehsal həcminin müəyyən edilməsi məqsədilə vergi orqanları tərəfindən aksizli mallar istehsal edən vergi ödəyiclərinin fəaliyyəti müntəzəm nəzarətdə saxlanılır və nəticələr hesabat məlumatları ilə müqayisə edilir.

    Ötən il ərzində aksiz markalarının tətbiqinə dair keçirilmiş nəzarət işlərinin nəticələrinə toxunan İ.Əhmədov deyib ki, 1 754 nəzarət aparılmış obyektdən 897-da 10 821 ədəd aksizsiz malların və 857 ədəd saxta aksizli malların satış məqsədilə saxlanması faktı aşkar edilib. Aşkar edilmiş faktlar üzrə qanunamüvafiq tədbirlər görülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi