​Ötən il Rusiyadan Azərbaycana 1,221 mlrd. dollar pul köçürülüb

​Ötən il Rusiyadan Azərbaycana 1,221 mlrd. dollar pul köçürülüb Siyahıda birinci yerdə Özbəkistan qərarlaşıb
Maliyyə
25 Mart , 2015 06:50
​Ötən il Rusiyadan Azərbaycana 1,221 mlrd. dollar pul köçürülüb

Bakı. 25 mart. REPORT.AZ/ Ötən il ərzində pulköçürmə sistemləri vasitəsilə Rusiyadan Azərbaycana həyata keçirilən transsərəd pul köçürmələrinin həcmi 1,221 milyard dollar təşkil edib.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, Azərbaycan məbləğin həcminə görə MDB ölkələri arasında 6-cı yerdə qərarlaşıb.

Siyahının əvvəlində Özbəkistan (5,581 mlrd. dollar), Tacikistan (3,831 mlrd. dollar), Ukrayna (2,247 mlrd. dollar), Qırğızıstan (2,026 mlrd. dollar) və Ermənistan (1,416 mlrd. dollar) qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi