Ötən il Neft Fondunun Türkiyə banklarında depozitlərə investisiyası artıb

Ötən il Neft Fondunun Türkiyə banklarında depozitlərə investisiyası artıb Bakı. 27 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) bank depozitlərinə investisiyalarının həcmi 2018-ci il yanvarın 1-nə 2 134 556 min manat təşkil edib.
Maliyyə
27 Avqust , 2018 13:55
Ötən il Neft Fondunun Türkiyə banklarında depozitlərə investisiyası artıb
0 : 00
0 : 00

Bakı. 27 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) bank depozitlərinə investisiyalarının həcmi 2018-ci il yanvarın 1-nə 2 134 556 min manat təşkil edib.

Bu barədə “Report” Fondun maliyyə fəaliyyəti haqqında hesabatının auditinin nəticələrini özündə əks etdirən illik hesabatına istinadən xəbər verir.

Hesabatda qeyd edilib ki, 31 dekabr 2017-ci il tarixinə Fond 2 134556 min manat  məbləğində pul vəsaitlərini kredit reytinqləri BB/Ba3 ("Standard & Poor’s", "Fitch", "Moody’s") və daha yuxarı olan qeyri-rezident banklarda müddəti 2018-ci ilin yanvar və fevral aylarında başa çatan depozitlərdə yerləşdirib.

Fond Türkiyənin 4 bankında yerləşdirdiyi depozitlərin həcmini artırıb. Belə ki, bu rəqəm “Zıraat Bankası” üzrə 10% artaraq 472 222 min manata, “Akbank” üzrə 4,4% artaraq 292 613 min manata, “İş Bankası” üzrə 7,8% artaraq 687 892 min manata, “Garanti Bankası” üzrə 6,87% artaraq 681 829 min manata çatdırılıb. 

Son xəbərlər

Orphus sistemi