Ötən il Neft Fondunun öhdəlikləri artıb

Ötən il Neft Fondunun öhdəlikləri artıb Bakı. 27 avqust. REPORT.AZ/ 2017-ci ildə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) öhdəlikləri 4,4% artaraq 545,415 mln. manat təşkil edib.
Maliyyə
27 Avqust , 2018 15:34
Ötən il Neft Fondunun öhdəlikləri artıb
0 : 00
0 : 00

Bakı. 27 avqust. REPORT.AZ/ 2017-ci ildə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) öhdəlikləri 4,4% artaraq 545,415 mln. manat təşkil edib.

“Report” xəbər verir ki, bu barədə “PWC-Azerbaijan” MMC tərəfindən auditi aparılmış Dövlət Neft Fondunun 2017-ci il üzrə konsolidə edilmiş maliyyə hesabatında qeyd olunub.

Fondun öhdəliklərinin 529,849 mln. manatı uzunmüddətli, 15,566 mln. manatı isə cari öhdəliklərin payına düşüb.

Ötən il ARDNF-in uzunmüddətli öhdəliklərinin həcmi 2016-cı illə müqayisədə 3,9%, cari öhdəliklərinin həcmi isə 23% artıb.

Uzunmüddətli öhdəliklərin 469,979 mln. manatını müddətli kredit, 40,087 mln. manatını zəmanət depozitləri, 19,783 mln. manatını isə digər öhdəliklər təşkil edib.

Məlumata görə, zəmanət depozitləri Tokio şəhərində yerləşən “Kirarito Ginza” ticarət kompleksi üçün icarədarlar tərəfindən ödənilmiş 15,627 mln. manat, Seul şəhərində yerləşən “Payn Avenyu A qülləsi” kompleksi üçün ödənilmiş 22,790 mln. manat və Paris şəhərində yerləşən “SCI 8 Vandom Meydanı” kompleksi üçün ödənilmiş 1,670 mln. manat məbləğində qabaqcadan ödənişlərdən ibarətdir.

Müddətli kredit yapon yeni ilə ifadə olunub. Bank kreditlərinin ödəmə tarixi 9 sentyabr 2024-cü ildir və kupon dərəcəsi illik 0,81% təşkil edir. Kredit üçün investisiya mülkiyyəti girov qoyulub.

Son xəbərlər

Orphus sistemi