Ötən il Neft Fondunun mənfəəti azalıb

Ötən il Neft Fondunun mənfəəti azalıb Bakı. 27 avqust. REPORT.AZ/ 2017-ci ildə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) xalis mənfəəti 3,4 dəfə azalaraq 1 999 323 min manat təşkil edib.
Maliyyə
27 Avqust , 2018 16:06
Ötən il Neft Fondunun mənfəəti azalıb
0 : 00
0 : 00

Bakı. 27 avqust. REPORT.AZ/ 2017-ci ildə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) xalis mənfəəti 3,4 dəfə azalaraq 1 999 323 min manat təşkil edib.

“Report” xəbər verir ki, bu barədə “PWC-Azerbaijan” MMC tərəfindən auditi aparılmış Dövlət Neft Fondunun 2017-ci il üzrə konsolidə edilmiş maliyyə hesabatında qeyd olunub.

Ötən il Fondun əməliyyat gəlirinin məbləği 3,3 dəfə azalaraq 2 087 495 min manat olub.

2017-ci ildə ARDNF-in məcmu gəliri 2016-cı illə müqayisədə 3 dəfə azalaraq 2 223 709 min manat təşkil edib.

Fondun aktivləri 61 072 408 min manat olub ki, bu da 2016-cı ildən 3,9% çoxdur. Ötən il ARDNF-in kapitalı 3,9% artaraq 60 526 993 min manat olub.

Son xəbərlər

Orphus sistemi