​Ötən il Gürcüstana ən çox yatırım edən Azərbaycan olub

​Ötən il Gürcüstana ən çox yatırım edən Azərbaycan olub Azərbaycanın birbaşa investisiyaları ümumi göstəricinin 40%-ni təşkil edib
Maliyyə
10 Mart , 2016 15:00
​Ötən il Gürcüstana ən çox yatırım edən Azərbaycan olub

Bakı. 10 mart. REPORT.AZ/ Gürcüstan iqtisadiyyatına 2015-ci ildə yatırılmış birbaşa xarici investisiyaların (FDI) 40%-dən çoxu Azərbaycanın payına düşür. “Report” xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin ötən ilin yekunları ilə bağlı yaydığı hesabatda deyilir.

Hesabata görə, qonşu ölkəyə ötən il ərzində 1 351 mln. ABŞ dolları həcmində FDI yatırılıb ki, onun 542 mln. dolları (40,12%) Azərbaycanın payına düşür. Bu isə 2014-cü illə müqayisədə 201 mln. dollar və ya 59% çoxdur.

İkinci yerdə olan Böyük Britaniya 198 mln. dollar, üçüncü yerdəki Niderland isə 111 mln. dollar FDI yatırıb.

Türkiyə isə bu sırada 77 mln. dollarlıq göstərici ilə 5-cidir.

Statistika İdarəsinin ötən ilin IV rübü ilə bağlı yaydığı hesabatda isə təkcə ötən rübdə Azərbaycanın 150 mln. dollarlıq FDI yatırdığı göstərilir ki, bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 1,7 dəfə (61 mln. dollar) çoxdur.

Son xəbərlər

Orphus sistemi