​Ötən il Azərbaycan iqtisadiyyatı 3% artıb

​Ötən il Azərbaycan iqtisadiyyatı 3% artıb Əhalinin hər nəfərinə 7 986 dollarlıq əlavə dəyər istehsal olunub
Maliyyə
21 Yanvar , 2015 11:05
​Ötən il Azərbaycan iqtisadiyyatı 3% artıb

Bakı. 21 yanvar. REPORT.AZ/ Ötən il ərzində ümumi daxili məhsul (ÜDM) istehsalı 2013-cü illə müqayisədə 2,8% artaraq 59,0 mlrd. manata çatıb. Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, əlavə dəyərin 41,5%-i sənaye sahələrində, 12,5%-i tikinti kompleksində, 5,3%-i kənd təsərrüfatında, 4,5%-i nəqliyyatda, 9,9%-i ticarət və pullu xidmət sahələrində, 1,8%-i rabitədə, 17,0%-i digər sahələrdə istehsal olunub.

Əhalinin hər nəfərinə 6 264,1 manatlıq (7 985,9 ABS dolları) əlavə dəyər istehsal olunub.

Ümumi daxili məhsul istehsalı qeyri-neft sektorunda 7,0% artıb, neft sektorunda isə 2,9% azalıb.

Son xəbərlər

Orphus sistemi