Ötən il ABB-nin plastik kartları ilə 4 mlrd. manatlıq əməliyyat aparılıb

Ötən il ABB-nin plastik kartları ilə 4 mlrd. manatlıq əməliyyat aparılıb Hesabat ili ərzində Bankın ödəniş kartları ilə 28 427 115 əməliyyat yerinə yetirilib
Maliyyə
18 Yanvar , 2017 14:56
Ötən il ABB-nin plastik kartları ilə 4 mlrd. manatlıq əməliyyat aparılıb

Bakı. 18 yanvar. REPORT.AZ/ Ötən il ərzində Azərbaycan Beynəlxalq Bankının (ABB) ödəniş kartları ilə 28 427 115 əməliyyat yerinə yetirilib. Bu barədə “Report”a ABB-nin mətbuat xidmətindən məlumat verilib.

Əməliyyatların ümumi dövriyyəsi 4 mlrd. manatdan çox olub. Aktiv ödəniş kartlarının sayı hazırda 1 308 384 olan Bankın 763 ATM-i fəaliyyətdədir.

Bu, Azərbaycanda ən böyük ATM şəbəkəsidir. Bundan başqa, müxtəlif ticarət və xidmət mərkəzlərində Azərbaycan Beynəlxalq Bankının 11 300 POS-terminalı müştərilərin istifadəsindədir.

Elektron xidmət infrastrukturunu inkişaf etdirməklə ABB ölkədə nağdsız ödənişlərin genişlənməsinə töhfə verməyə çalışır. “Visa PayWave” və “Mastercard PayPass” ödəniş texnologiyalarını dəstəkləyən təmassız ödəniş kartlarını Azərbaycanda ilk dəfə olaraq məhz ABB tətbiq etməyə başlayıb.

Eyni zamanda, “Visa İnternational” şirkəti ilə müştərək şəkildə “Sıfır məsuliyyət” (Zero liability) siyasətinin ölkədə ilk dəfə tətbiqi də məhz ABB-yə məxsusdur.

Xatırladaq ki, 36 filiala və 40 şöbəyə malik olan ABB-nin məhsul və xidmətləri barədə daha ətraflı məlumatı müştərilər www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud (012) 937 və *8937 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərlər.

Son xəbərlər

Orphus sistemi