Ötən ay mobil telefon rabitəsindən 66 mln. manatdan çox gəlir əldə edilib

Ötən ay mobil telefon rabitəsindən 66 mln. manatdan çox gəlir əldə edilib Bakı. 19 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayı ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri 150,7 mln. manatlıq xidmət göstərib ki, onun da 75,2%-i əhali tərəfindən istehlak olunub.
Maliyyə
19 Fevral , 2019 13:27
Ötən ay mobil telefon rabitəsindən 66 mln. manatdan çox gəlir əldə edilib

Bakı. 19 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayı ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri 150,7 mln. manatlıq xidmət göstərib ki, onun da 75,2%-i əhali tərəfindən istehlak olunub.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 2018-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 5,6% artıb, bu sahədə əldə edilmiş gəlirin 80,2%-i qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 44%-i və ya 66,3 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Son xəbərlər

Orphus sistemi