Ötən ay 65 min avtomobil icbari qaydada sığortalanıb

Ötən ay 65 min avtomobil icbari qaydada sığortalanıb Bu barədə İcbari Sığorta Bürosu məlumat yayıb
Maliyyə
1 Dekabr , 2016 11:17
Ötən ay 65 min avtomobil icbari qaydada sığortalanıb

Bakı. 1 dekabr. REPORT.AZ/ Bu ilin noyabr ayında İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 64 961 elektron sığorta müqaviləsi qeydiyyata alınıb.

İSB-dən “Report”a verilən məlumata görə, standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 5,2 milyon manatdan çox olub.

2015-ci ilin noyabr ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 12,1%, sığorta haqlarının məbləğində isə 14,5% azalma baş verib. Orta sığorta haqqı illik müqayisədə 2,5% azalaraq 80,3 manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi