Oqtay Haqverdiyev: "Rublun başına nə gəlsə də, manatın kursu sabit olacaq"

Oqtay Haqverdiyev: "Rublun başına nə gəlsə də, manatın kursu sabit olacaq" "Rusiya iqtisadiyyatı resessiya vəziyyətindədir: neft və qaz hasilatı azalır, metallurgiya böhrandadır"
Maliyyə
17 Dekabr , 2014 16:59
Oqtay Haqverdiyev: Rublun başına nə gəlsə də, manatın kursu sabit olacaq

Bakı. 17 dekabr. REPORT.AZ/ Rublun ucuzlaşmasının manata və Rusiyadakı azərbaycanlı iş adamlarının gəlirinə mənfi təsir göstərdiyi haqqında bəyanatlar əsassızdır. Bu barədə "Report"a azərbaycanlı iqtisadçı-ekspert, Azərbaycanın iqtisadiyyat nazirinin sabiq müavini Oqtay Haqverdiyev rus rublunun ABŞ dollarına nisbətdə düşməsini şərh edərkən bildirib.  "Hər bir dövlətin özünün pul-kredit siyasəti var. Bizim Mərkəzi Bankımız manatın kursunu sabit saxlamaq üçün valyuta bazarına hər il 1-1,5 mlrd. ABŞ dolları həcmində müdaxilə həyata keçirir. Biz sabitliyi təmin etmək üçün maliyyə ödəyirik və buna görə də rublun məzəndəsindən asllı olmayaraq, manatın kursu sabit olacaq", - deyə O.Haqverdiyev bildirib. 

O Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun 2015-ci il üçün dövlət bedcəsinin müzakirəsi zamanı Milli Məclisdəki çıxışını xatırladıb. O bildirib ki, Azərbaycan gələn il də bu siyasəti həyata keçirəcək. "Yəni, gələn il manatın dollara nisbətdə kursu əvvəlki kimi qalacaq və 78 gəpik təşkil edəcək", -  bunu O.Haqverdiyev qeyd edib.

Rusiyada azərbaycanlı iş adamlarının gəlirinin azalma ehtimalını şərh edərkən ekspert vurğulayıb ki, Rusiya Federasiyasında yaşayan azərbaycanlıların sayı dəyişir. 

"Bəziləri bu rəqəmin 2 milyon olduğunu deyir, bəziləri isə Rusiyada 3 milyon azərbaycanlının yaşadığını qeyd edir. Bu hamısı cəfəngiyatdır və həqiqətə uyğun deyil. RF rəsmi statistikasına əsasən, bu rəqəm 600-650 min insan təşkil edir. Onlar həqiqətən də biznesin müxtəlif sahələri  ilə məşğul olurlar və qazandıqları məbləğin bir qismini Azərbaycana göndərirlər", - deyə iqtisadçı bildirib.

O.Haqverdiyev vurğulayıb ki, iqtisadi baxımdan ən uğurlu  illərdə Azərbaycan vətəndaşları Rusiyadan vətənə 1-1,5 mlrd. ABŞ dolları köçürüblər. 

"Sözsüz ki, bu rəqəm xeyli azalacaq, lakin burada başqa məqam da var - orada işləyən vətəndaşların prinsipial mövqeyi ondan ibarət olmalıdır ki, bu şəxslər yeni vəziyyətə uyğunlaşmalıdırlar. Onlar çox yaxşı bilirlər ki, Azərbaycanda ani olaraq böyük məbləğdə pul qazana biləcəkləri iş yerləri yoxdur, Rusiyada isə onlar bunu edə bilərlər", - deyə, o qeyd edib. 

Ekspert həmçinin qeyd edib ki,  Rusiyada yaşayan Azərbaycan vətəndaşları ailələrinə pulu rublla yox, dollarla göndərirlər. O.Haqverdiyev deyib: "Tutaq ki, bir vətəndaş ticarətlə məşğul olur və hər ay ailəsinə 500 dollar göndərir. İndi o öz mallarının qiymətini dolların kursu ilə müvafiq tənzimləyir və ailəsinə yenə həmin məbləği göndərir".

Qərbin rublun düşməsində rolu haqqında danışaraq, iqtisadçı qeyd edib ki, sanksiyalar bu məsələdə əhəmiyyətli rol oynayıb: "Bu proseslərə mexaniki olaraq baxmaq olmaz, hər şeyi  təhlil etmək lazımdır. Əgər iqtisadiyyat işləmirsə, ehtiyatlar hardan yarana bilər?. Rusiya iqtisadiyyatı resessiya vəziyyətindədir: neft və qaz hasilatı azalır, metallurgiya sənayəsi böhranlı vəziyyətdədir", -  deyə ekspert vurğulayıb. 

Onun fikrincə, rublun düşməsi Rusiyanın Mərkəzi Bankının pul-kredit siyasətinin zəifləməsi səbəbindən baş verib. 

Son xəbərlər

Orphus sistemi