Oktay Haqverdiyev: "Manatın məzənnəsi dollardan aşağı olmayacaq" - ŞƏRH

Oktay Haqverdiyev: "Manatın məzənnəsi dollardan aşağı olmayacaq" - ŞƏRH Ekspert: "Avronun manata qarşı məzənnəsi artacaq"
Maliyyə
18 Fevral , 2015 13:10
Oktay Haqverdiyev: Manatın məzənnəsi dollardan aşağı olmayacaq - ŞƏRH

Bakı. 18 fevral. REPORT.AZ/ İldə 5%-ə qədər inflyasiyaın mövcudluğu milli iqtisadiyyatı stimullaşdırır və fəallaşdırır. Bu barədə "Report"a iqtisadçı ekspert, Azərbaycanın iqtisadiyyat nazirinin keçmiş müavini Oqtay Haqverdiyev bildirib. 

"Ötən ilin sonunda Azərbaycan Mərkəzi Bankı (AMB) 2015-ci il üçün planları, o cümlədən pul-kredit siyasətinin istiqamətləri haqqında açıqlama verib.  Həmin açıqlamada aydın qeyd olunub ki, milli valyuta məzənnəsinin sabitliyi 2015-ci ildə də davam etdiriləcək", - ekspert vurğulayıb. 

O qeyd edib ki, AMB manatın məzənnəsini dolların mövqeyindən asılı olaraq son zamana qədər tənzimləyib: "Lakin bunun üçün Mərkəzi Bank valyuta müdaxilələri aparmalı və bir sıra digər tədbirlər görməlidir. İl ərzində Mərkəz Bank manatın məzənnəsini sabit saxlamaq üçün 1,5-2 mlrd. dollar həcmində maliyyə müdaxiləsi etmək məcburiyyətində olub".

O.Haqverdiyev qeyd edib ki, son zamanlar avronun dollara qarşı məzənnəsi düşməyə başlayıb: "Bizim ticarətimiz avro ilə bağlıdır, yəni biz neft və qazı Avropaya avro ilə satırıq. Əgər avronun dollara qarşı məzənnəsi düşməyə başlayırsa, o zaman o manata qarşı da düşməyə başlayır, çünki biz milli valyutanın məzənnəsini dollar vasitəsilə tənzimləyirik. Azərbaycan  bu halda itkilərə qarşılaşır".

Sabiq nazir müavini Mərkəzi Bankın bu məzənnələrin müəyyənləşdirilməsi siyasətində bivalyuta səbəti mexanizmin tətbiq edilməsinə dair son qərarına müsbət yanaşdığını deyib: "Lakin manatın məzənnəsi dollardan aşağı olmayacaq. Hətta düşünürəm ki, məzənnə olduğu kimi qalacaq. Amma bundan sonra avronun manata qarşı məzənnəsi artacaq", - ekspert vurğulayıb. 

O, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin son çıxışını xatırladıb. Çıxışı zaman dövlət başçısı qeyd edib ki, manatın avroya qarşı məzənnəsi bərabər olmalıdır: "Hazırda AMB məhz bu məsələnin həlli ilə məşğuldur".

Bu məsələ ətrafında yaranan ajiotaj və nağd dollarların anidən alınması mövzusuna toxunan iqtisadçı vurğulayıb ki, bu vəziyyət əhalinin özünə ziyan vurur: "İnsanlar özlərini xoşagəlməz vəziyyətə salırlar bu səbəbdən də, indi hər kəs manatı təhvil verib dollar almağa başlayacaq, bunun nəticəsində manatın kütləsi artacaq və onun alıcılıq qabiliyyəti düşəcək, bu da öz növbəsində inflyasiyanın artması deməkdir", - O.Haqverdiyev bildirib. 

"Mütəxəssislər televiziya, mətbuatda çıxış etməli və AMB rəhbərinin nəyi nəzərdə tutduğunu izah etməlidilər. Yəni bildirmək lazımdır ki, manatın dollara qarşı məzənnəsinin dəyişikliyi yox, manatın avroya qarşı məzənnəsinin tənzimlənməsi baş verir", - iqtisadçı deyib.

Valyuta məzənnələri ilə bağlı islahatların həyata keçirilməsi nəticəsində inflyasiyanın artması mövzusuna toxunan O.Haqverdiyev vurğulayıb ki, inflyasiyanın 5%-ə qədər artmasının düzgün yol olması haqqında yazılmamış qaydalar var: "Bu hətta iqtisadiyyatın aktivliyi üçün lazımdır. İnflyasiya ilə mübarizə predmeti yaranır, bu isə  iqtisadiyyatı stimullaşdıran amillərdəndir".

Onun sözlərinə gör, inflasiya hər zaman olub və dünyada onun mövcud olmadığı heç bir ölkə yoxdur. "İnflyasiya hətta dünyanın ən inkişaf etmiş ölkələrində müşahidə olunur, çünki iqtsadiyyatı balanslaşdırmaq mümkün deyil. İqtisadiyyatı nisbətən balanslaşdırılan inkişaf etmiş ölkələrdə inflyasiya 0,2-1% təşkil edir, lakin onun 5  faizdən yuxarı qalxmasına yol vermək olmaz", - O.Haqverdiyev bildirib. 

Son xəbərlər

Orphus sistemi