OECD Rusiyada həyat səviyyəsinin daha da pisləşəcəyini proqnozlaşdırır

OECD Rusiyada həyat səviyyəsinin daha da pisləşəcəyini proqnozlaşdırır Bakı. 7 mart. REPORT.AZ/ Yaxın 43 ildə Rusiya vətəndaşlarının həyat səviyyəsi daha da aşağı düşəcək və ABŞ vətəndaşları ilə müqayisədə bir qədər də geri qalacaq. Hazırda isə rusiyalılar amerikalılardan 40% pis yaşayır. 
Maliyyə
7 Mart , 2018 11:36
OECD Rusiyada həyat səviyyəsinin daha da pisləşəcəyini proqnozlaşdırır

Bakı. 7 mart. REPORT.AZ/ Yaxın 43 ildə Rusiya vətəndaşlarının həyat səviyyəsi daha da aşağı düşəcək və ABŞ vətəndaşları ilə müqayisədə bir qədər də geri qalacaq. Hazırda isə rusiyalılar amerikalılardan 40% pis yaşayır. 

"Report" xəbər verir ki, bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) "Uzunmüddətli perspektivlər: dünya iqtisadiyyatı üçün ssenarilər - 2060" adlı hesabatında bildirilir.

Sənəddə qeyd olunub ki, Rusiya OECD-yə üzv yeganə ölkə olacaq ki, 2060-cı ilə qədər burada adambaşına düşən Ümumi Daxili Məhsul (ÜDM) alıcılıq qabiliyyəti paritetinə görə (PPP) azalacaq. Rusiya iqtisadiyyatının inkişafına əsas maneələr kimi əmək məhsuldarlığının aşağı düşməsi, əhalinin yaşlanması göstərilir. 

Baza ssenarisinə görə, yaxın 12 ildə PPP-yə əsasən ÜDM 0,7% artacaq. 

Son xəbərlər

Orphus sistemi