​OECD dünya iqtisadiyyatı üzrə proqnozunu açıqlayıb

​OECD dünya iqtisadiyyatı üzrə proqnozunu açıqlayıb 2017-ci il üzrə artım 0,3 bənd azaldılıb
Maliyyə
18 Fevral , 2016 20:34
​OECD dünya iqtisadiyyatı üzrə proqnozunu açıqlayıb

Bakı. 18 fevral. REPORT.AZ/ İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) dünya iqtisadiyyatı üzrə proqnozunu açıqlayıb. "Report" OECD-nin rəsmi saytına əsasən xəbər verir ki, təşkilatın ekspertləri ABŞ və Avropa İttifaqının iqtisadi artım proqnozunu azaltsalar da, Braziliya iqtisadiyyatının kəskin düşəcəyini ehtimal edib. Onlar Çinin iqtisadi artımına dəyişiklik etməsələr də, Hindistanla bağlı proqnozlarını yüksəldiblər.

OECD yaxın ildə qlobal iqtisadiyyata dair poqnozunu azaldıb. Təşkilatn ekspertləri hesab edirlər ki, 2016-cı ildə dünya iqtisadiyyatı 3% (əvvəlki 3,3%), 2017-ci ildə isə 3,3% (əvvəlki 3,6%) artacaq. Beləlikə, 2016-cı il qlobal ÜDM artımı 2015-ci il səviyyəsində saxlanılıb və son 5 ilin ən aşağı göstəricisi olub. OECD-nin hesabatında deyilib ki, proqnozların azaldılmasına səbəb 2015-ci ilin son rübündə dünya ölkələrindən gələn zəif iqtisadi göstəricilərdir. Ekspertlərin fikrincə, ABŞ iqtisadiyyatı 2016-cı ildə 2% artacaq (əvvəlki proqnoz 2,5%) ki, bu 2015-ci ildə olan 2,4% artımdan da aşağıdır. Avrozona iqtisadiyyatı isə əvvəlki 1,8% artım proqnozundan 0,4 bənd az, yəni 1,4% artım göstərəcək. Braziliya iqtisadiyyatı 2016-cı ildə 4% azalacaq. Qeyd edək ki, keçən il də Braziliya ÜDM-i 3,8% azalmışdı. Çin iqtisadiyyatı üzrə OECD proqnozu 2016-cı il üçün dəyişməyərək 6,5% qalıb. Hindistanda iqtisadi artımın isə 0,1 bənd artaraq 7,4% olacağı ehtimal edilib.

Təşkilatın 2017-ci il üzrə proqnozları da müxtəlif inkişaf etmiş ölkələr üzrə 0,1-0,2 bənd azaldılıb. 

Son xəbərlər

Orphus sistemi