OECD bu il qlobal iqtisadi artımla bağlı proqnozunu azaldıb

OECD bu il qlobal iqtisadi artımla bağlı proqnozunu azaldıb ABŞ və Çin arasında ticarət müharibəsi qlobal iqtisadi artımı bundan əvvəlki maliyyə böhranı dövrindəki səviyyəyə endirib və dünya dövlətləri uzunmüddətli zərərlərə qarşı lazımi qədər səy göstərmirlər.
Maliyyə
19 Sentyabr , 2019 15:05
OECD bu il qlobal iqtisadi artımla bağlı proqnozunu azaldıb

ABŞ və Çin arasında ticarət müharibəsi qlobal iqtisadi artımı bundan əvvəlki maliyyə böhranı dövrindəki səviyyəyə endirib və dünya dövlətləri uzunmüddətli zərərlərə qarşı lazımi qədər səy göstərmirlər. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bunu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) bəyan edib.

Vəziyyəti nəzərə alan qurum bu il üçün qlobal artım proqnozunu 3,2%-dən 2,9%-ə endirib, eyni zamanda ayrı-ayrı regionlar üzrə də proqnozuna düzəliş edib. Belə ki, 2019-cu ildə ABŞ iqtisadiyyatının böyümə proqnozu 2,8%-dən 2,4%-ə, avrozona iqtisadiyyatının böyümə proqnozu 1,2%-dən 1,1%-ə, Yaponiya iqtisadiyyatının böyümə proqnozu isə 0,7%-dən 0,1%-ə endirilib. 

OECD 2020-ci il üzrə yeni proqnozlarını da açıqlayıb. Qurum gələn il ABŞ iqtisadiyyatının 2,3% deyil, 2%, avrozona iqtisadiyyatının 1,4% deyil, artacağını, Yaponiya iqtisadiyyatında isə əvvəlki kimi 0,6% artım gözlənildiyini bildirib. 

Son xəbərlər

Orphus sistemi