OECD Azərbaycan bankları ilə görüş keçirəcək

OECD Azərbaycan bankları ilə görüş keçirəcək İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının missiyası gələn həftə Bakıya gələcək
Maliyyə
31 Mart , 2017 11:59
OECD Azərbaycan bankları ilə görüş keçirəcək

Bakı. 31 mart. REPORT.AZ/ Aprelin 5-dən 7-nə qədər İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) nümayəndə heyəti - xanımlar Adele Atkinson və Leonore Riitsalu Bakıda səfərdə olacaqlar.

Bu barədə “Report”a Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.

Məlumata görə, səfərin məqsədi maliyyə savadlılığı ilə bağlı bank ictimaiyyəti ilə görüşlər keçirmək, bu sahədə həyata keçirilməsi planlaşdırılan layihəyə dair müzakirələr aparmaqdır.

Nümayəndə heyətinin aprelin 5-də Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının nümayəndələri ilə görüşü də nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi