İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) 2020-ci il qlobal iqtisadi artım proqnozunu 3%-dən 2,9%-ə endirib.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə qurumun hesabatında bildirilir.
Sənəddə həmçinin deyilir ki, zəif ticarət və investisiyalar uzunmüddətli böyüməni təhdid edir. Bu risklər artarsa, qlobal iqtisadi artım bir qədər də yavaşlaya bilər.