Norveçin Pensiya Fondu 420 mlrd. dollar itirə bilər

Norveçin Pensiya Fondu 420 mlrd. dollar itirə bilər Bakı. 7 mart. REPORT.AZ/ Norveçin Pensiya Fondunun (keçmiş Neft Fondunun) aktivləri mümkün qlobal iqtisadi böhranda dəyərini 40%-dən çox itirə bilər. 
Maliyyə
7 Mart , 2018 11:25
Norveçin Pensiya Fondu 420 mlrd. dollar itirə bilər

Bakı. 7 mart. REPORT.AZ/ Norveçin Pensiya Fondunun (keçmiş Neft Fondunun) aktivləri mümkün qlobal iqtisadi böhranda dəyərini 40%-dən çox itirə bilər. 

"Report" xəbər verir ki, bu barədə fondun hazırladığı hesabatda bildirilir. 

Sənəddə qeyd olunub ki, 1 trln. dollardan çox aktivlərə malik olan fondun bu miqyasda zərəri 2008-ci ildə müşahidə olunmuş 23%-lik zərərdən 4 dəfə çox olacaq. 

Fondun belə proqnozla çıxış etməsinə səbəb ABŞ Prezidenti Donald Trampın başlatdığı qlobal ticarət müharibəsi olub. Belə ki, bir müddət əvvəl D.Tramp polad və alüminium idxalına gömrük rüsumları tətbiq edəcəyini, Avropa İttifaqı və digər ölkələr isə öz növbəsində ABŞ mallarına qarşı adekvat addım atacaqlarını açıqlayıblar.

Norveç Pensiya Fondunun rəhbəri İngve Slinqstad (Yngve Slyngstad) böhran baş verərsə hökumətin fondun aktivlərindən istifadə edib-etməyəcəyi ilə bağlı müzakirələrin başladığını bildirib. Xatırladaq ki, Norveç qanunvericiliyinə görə, fondun aktivlərinin yalnız 3%-i zərurət olduqda xərclənə bilər. Bu isə hökuməti, iqtisadçıları və bank sektorunu narahat edir.

Qeyd edək ki, bir müddət əvvəl Norveç Pensiya Fondu neft-qaz şirkətlərinin səhmlərinə investisiyaların dayandırması ilə bağlı müzakirələrə başlayıb. Hazırda fondun aktivləriniin 41%-i neft-qaz şirkətlərinin qiymətli kağızlarındadır. 

Norveç Pensiya Fondu 2017-ci ili 13,7% gəlirliliklə başa vurub. 

Son xəbərlər

Orphus sistemi