Norveçdə Neft Fondunun aktivlərinin əriməsindən narahatdırlar

Norveçdə Neft Fondunun aktivlərinin əriməsindən narahatdırlar Neftin qiyməti aktivlərin qiyməti ilə eyni anda düşə bilər
Maliyyə
17 Fevral , 2017 14:38
Norveçdə Neft Fondunun aktivlərinin əriməsindən narahatdırlar

Bakı. 17 fevral. REPORT.AZ/ Norveç Mərkəzi Bankının rəhbəri Oysteyn Olsen neft gəlirlərinin xərclənməsində artımın olmasından narahatlığını bildirib. 

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, baş bankir dünyanın ən böyük rifah fondunun belə gedərsə yaxın 10 ildə vəsaitlərinin 50%-ni itirə biləcəyini qeyd edib. Olsen neft gəlirlərinin xərclənməsində davam edən artımın büdcənin 20%-ə, ÜDM-in isə 8%-ə yüksəldiyini bildirərək 900 mlrd. ABŞ dolları həcmində aktivlərə sahib olan fondun vəsaitlərini mütləq şəkildə qorunmasının vacib olduğunu xatırladıb.

Ənənəvi illik yekun hesabatına əsasən, qlobal neft qiymətləri ilə fondun aktivlərinin gəlirliliyi eyni anda düşməyə başlayarsa, Norveç çox çətin vəziyyətlə üzləşə bilər.

Qeyd edək ki, 2017-ci ildə Norveç hökuməti büdcə kəsirini örtmək üçün Neft Fondundan ötən illə müqayisədə 25% çox vəsait götürməyi planlaşdırır. Bu isə təxminən 125 mlrd. kron (19 mlrd. ABŞ dolları) və ya fondun vəsaitlərinin 2%-nə yaxın olacaq.

O.Olsen hər il  fond vəsaitlərinin 3%-i xərclənməsi durumunda yaxın 10 ildə fondun vəsaitlərinin yarısının itirilməsi riskini 1%, fondun aktivlərinin 4%-nin xərclənməsi durumunda isə riski 5% görür. Səhmlərə yatırımların məcmu aktivlərdə xüsusi çəkisi indiki 60%-dən 75%-ə yüksəlsə riskin 6%-ə qədər aretma ehtimalı var. Qeyd edək ki, hazırda Norveç höküməti səhmlərə investisiyaları 75%-ə qədər çatdırmaq üçün müzakirələrə başlayıb. 

Son xəbərlər

Orphus sistemi