Norveç Neft Fondu "Petkim"in səhmlərinə investisiya yatırıb

Norveç Neft Fondu "Petkim"in səhmlərinə investisiya yatırıb Norveç Fondu səhm portfelini artırmağı planlaşdırır
Maliyyə
3 Mart , 2017 18:04
Norveç Neft Fondu Petkimin səhmlərinə investisiya yatırıb

Bakı. 3 mart. REPORT.AZ/ Dünyanın ən böyük fondlarından biri olan Norveçin Hökumət Pensiya Fondu (Neft Fondu) İstanbul Fond Birjasında tədavül edən "Petkim" şirkətinin səhmlərinə investisiya yatırıb. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, 2016-cı ilin sonunda Türkiyə kapital bazarlarında investisiyaları təxminən 1 mlrd. ABŞ dollarına yaxınlaşan Fondun portfelində bir sıra iri şirkətlərin səhmləri də yer alıb. Qeyd edək ki, Norveç Hökumət Pensiya Fondunun aktivlərinin cəmi 900 mlrd. dollara yaxındır.

Norveç Fondunun menecmentini həyata keçirən "Norges Bank"dan (Norveç Mərkəzi Bankı) verilən məlumata görə, 936 mln. dollarlıq investisiya portfelinə "Petkim" səhmləri ilə yanaşı "Tüpraş", "Enka İnşaat", "Ereğli Demir-Çelik", "Aksa Enerji" kimi şirkətlərin səhmləri yer alıb. Bunlara yatırılan sərmayə 112 mln. dollar təşkil edib. Fondun ən böyük yatırımı "Garanti Bankası"na aiddir və 112,063 mln. dollar təşkil edir. Fond ən çox 4,99% hissə əldə etdiyi şirkət isə "Pınar Süt Mamülleri"dir. Fond 2017-ci ildə səhmlərə investisiyalarını məcmu portfeldə hazırkı 65%-dən 70%-ə çatdırmağı planlaşdırır.

Qeyd edək ki, "Petkim Holding"in əsas səhmdarı Azərbaycan Dövlət Neft Şirkətidir (SOCAR).

Son xəbərlər

Orphus sistemi