Bakı. 27 fevral. REPORT.AZ/ Aktivləri 1 trln. ABŞ dollarından çox olan Norveç Pensiya Fondu 2017-ci ili 13,7% gəlirliliklə başa vurduğunu açıqlayıb.
"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, ötən il Norveç Pensiya Fondu 131 mlrd. dollar mənfəət əldə edib.
Xatırladaq ki, Norveç Pensiya Fondu 2006-cı ildə yaradılıb və əvvəllər Norveç Neft Fondu adlanıb.
"Report" xəbər verir ki, Norveç Neft Fondu dünyadakı məcmu səhmlərin 1,4%-nə sahibdir. Fond 2018-ci ildə gəlirlərini artırmaq məqsədi ilə portfelində səhmlərin xüsusi çəkisinin 70%-ə çatdıracağını açıqlayıb.
Qeyd edək ki, 2017-ci ildə Rusiyanın Ehtiyat Fondu və Milli Rifah Fondunun investisiyalardan gəlirliliyi - 0,1% təşkil edib.
Azərbaycan Dövlət Neft Fondunun isə 2017-ci ildə gəlirliliyi 1,88% olub.