Yuxarı

Norveç hökuməti Neft Fondunun aktivlərindən ilk dəfə vəsait götürüb

826 milyard dollar vəsaitin toplandığı Neft Fondundan alınan 780 milyon dollar sosial xərclərin qarşılanmasına yönəldilib

Bakı. 4 mart. REPORT.AZ/ Norveç hökuməti 20 il əvvəl yaradılan Neft Fondunun aktivlərindən ilk dəfə vəsait götürüb.

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, neft gəlirlərindən əldə olunan 826 milyard dollar vəsaitin toplandığı Norveçin Neft Fondundan alınan 780 milyon dollar sosial xərclərin qarşılanmasına yönəldilib.

Qeyd edək ki, Norveç Neft Fondunun iki məqsədi var: Neftdən gələn gəlirin düzgün xərclənməsini təmin etmək və Norveç əhalisinin qocalmasıyla bağlı ortaya çıxan xərclərin öhdəsindən gəlmək üçün vəsait toplamaq.

Norveç dünyada yeddinci ən böyük neft istehsalçısıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi