​Nikolay Solabuto: "Martda dollar 200 rubl olacaq”

​Nikolay Solabuto: "Martda dollar 200 rubl olacaq” Bu ilin dekabrına kimi 1 dollar 50 rubla dəyişdiriləcək
Maliyyə
9 Noyabr , 2014 01:13
​Nikolay Solabuto: Martda dollar 200 rubl olacaq”

Bakı. 9 noyabr. REPORT.AZ/ "2015-ci ilin martında dollar 200 rubl olacaq" "Report" xəbər verir ki, bunu “Finam Menecment İnvestisiya” şirkətinin icraçı direktoru Nikolay Solabuto "Dojd" kanalına verdiyi video-müsahibədə deyib.

Onun sözlərinə görə, rublun dəyərdən düşməsinin əsas səbəbi Qərbin Rusiyaya qarşı sanksiyaları və neftin qiymətinin ucuzlaşmasıdır:

“Ən çətin dövrümüzü yeni ilə qədər yaşayacağıq. Yeni ildən sonra iqtisadiyyat özünü bərpa edəcək. Bu ilin dekabrına kimi 1 dollar 50 rubla dəyişdiriləcək. 2015-ci ilin ilk rübündən isə Amerika valyutasının dəyəri artacaq”.

Xatırladaq ki, hazırda 1 dollar 4,84 rubla dəyişdirilir.

Son xəbərlər

Orphus sistemi